Azərbaycanda 2021-2023-cü illərdə Vergi Məcəlləsinə ümumilikdə 206 dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.
O bildirib ki, bu illər ərzində inzibatçılığın təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə mövqeyin qorunması ilə bağlı 82, vergi yükünün optimallaşdırılması və sosial xarakterli dəyişiklərlə əlaqədar 76, vergi tutma bazasının genişləndirilməsi və kölgə iqtisadiyyatı ilə mübarizə ilə əlaqədar isə 48 dəyişiklik edilib.
Qeyd edək ki, bu il Vergi Məcəlləsində 37 əsas maddə üzrə 75 alt maddədə dəyişiklik nəzərdə tutulur.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir