26 noyabr 2024 13:12
70

“Lion” aparıcı futbolçularına istirahət verə bilər

Fransanın “Lion” komandası UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda "Qarabağ"a qarşı keçirəcəyi oyunda aparıcı futbolçularına istirahət verə bilər.

“İki sahil” Fransa mətbuatına istinadla xəbər verir ki, Liqa 1 təmsilçisinin baş məşqçisi Pyer Saqenin Bakıdakı matçda daha az oynayan oyunçulara şans verəcəyi gözlənilir. Hücumçu Aleksandr Lyakazett, yarımmüdafiəçi Nemanya Matiç və müdafiəçi Abner Vinisius Bakıdakı qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyə bilərlər. Əvəzində isə bu mövsüm meydanda az vaxt keçirən Vilfred Zaha, Maksans Kakere və Jordan Veretunun oyuna start heyətində başlamaq ehtimalı var.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Lion” matçı saat 21:45-də başlayacaq.