Ümid Mustafayev ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetinin Neft-qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Respublikası Dövlet Neft Şirketinin Ə.C.Əmirov adına Neft va Qazçıxarma İdarəsinin (NQÇİ)
1 saylı neft va qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator vəzifesində başlayıb, daha sonra burada neft və qaz hasilatı üzrə usta
Vəsifesində çalışıb. 2010-2012-ci illər arasında həmin sexdə neft və qaz hasilatı üzrə mühəndis və sex rəisinin müavini vəzifələrində fəaliyyetinə
davam edib. 2012-2013-cü illərdə 2 saylı neft və qazçıxarma sexində rəis müavini, 2013-2019-cu illerdə isə 3, 2, 1 saylı neft va qazçıxarma
sexlərində saha rəisi vəzifəsində çalışıb. 2019-cu ildən indiyədək 2 saylı neft və qazçıxarma sexində sahə rəisidir. SOCAR-da çalışdığı 19 ilə yaxın müddətdə Ümid Mustafayev "İşəgötürənlər və müassisələrin rəhbər işçiləri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası", "İnformasiya təhlükəsizliyi", "Yanğın təhlükəsizliyi", "Fövqəladə vəziyyətlərin idarə
edilməsi", "Neft və qazın kəşfiyyatı və istehsalı", "Taktiki rəhbərlər üçün effektivliyin idarə edilməsi", "Qənaətcil istehsalat konsepsiyası" və s. təlimləri müvəffəqiyyatlə başa vurub.
Emin Abıyev ali təhsilinin bakalavr pilləsini 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Texnoloji maşınlar va avadanlıqlar, magistr pilləsini isə 2012-2014-cü illərdə Mexanika mühəndisliyi ixtisasları üzrə bitirib.
Neft sənayesində əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin 1 sayılı Tıkinti-Quraşdırma İdarəsinin (TQİ) Mexanika şöbəsində mühəndis
Vəzifəsində başlayıb. 2014-cü ildə Trestin 5 sayılı TQİ-nin Mexanika və energetika şöbəsinə mexanik vəzifəsinə təyin olunub. 2015-ci ildə SOCAR-ın Dalğıc qəza-xilasetmə işləri İdarəsinin Dalğıc sualtı-texniki işlər şöbəsində dalğıc mütaxəssisi kimi fəaliyyətini davam etdirib. 2016-cı ildə İdarənin Mobil dalğıc kompleksi sahesində həyat təminatı üzrə mühəndis, 2017-2022-ci illər ərzində isə "Azneft" İstehsalat Birliyinin (İB) Dalğıc xidmətinin Dərinlik dalğıc kompleksi sahəsinin həyat təminatı üzrə mühəndisi və böyük mühəndisi olub. 2022-ci ildən indiyədək Dərinlik dalğıc kompleksi sahəsinin rəis müavini vəzifəsində çalışır.
SOCAR-da çalışdığı 12 ildən artıq müddetdə Emin Abıyev "Təhlükələrin müəyyənləşdirilməsi, risklərin və fürsətlərin qiymətləndirilməsi", "Mühəndis-texniki işçilər üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası", "Yanğın təhlükəsizliyi", "Dalğıc işləri rəhbəri" və s. təlimləri uğurla başa vurub.
Orxan Vahidoğlu, “İki sahil”