"Telegram"ın 2024-cü ilin birinci yarısında gəliri 525 milyon dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 190% çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” nəşri şirkətin sənədlərinə istinadla məlumat yayıb.
Messencerin əsas gəlir mənbəyi “Toncoin” kriptovalyutası olub. Gəlirin demək olar ki, yarısı adı açıqlanmayan tərəflə birdəfəlik əməliyyat nəticəsində əldə edilib.
Xatırladaq ki, "Telegram" "Toncoin"i kiçik biznes üçün tətbiqetmədə reklam üçün yeganə ödəniş vasitəsi edib.
Bundan əlavə, Telegram kriptovalyutanın özünün əhəmiyyətli ehtiyatlarına malikdir. Onun "Toncoin" portfelinin dəyəri ilin birinci yarısında 400 milyon dollardan 1,3 milyard dollara yüksəlib. Əlverişli bazar şəraitindən istifadə edərək, "Telegram" aktiv şəkildə kriptovalyuta satır.