Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 913.7 milyon manat xalis mənfəət əldə edib.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 0.6% çoxdur. 2023-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektoru 908.2 milyon manat xalis mənfəət əldə edib.
Bu dövrdə bankların əməliyyat mənfəəti isə 5.3% artaraq 1 422.4 milyon manata bərabər olub.
2024-cü ilin 10 ayında bankların mənfəət vergisi 213.9 mln. manat təşkil edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir