Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərlərində 3,5 min ton itki olub, bu da illik müqayisədə 25% çoxdur.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 2,8 min ton təşkil edib.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 28 859,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,1% azdır. Nəqletmənin 75,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 21 681,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 4,34% azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,8 min ton itki olub, bu da illik müqayisədə 31% çoxdur. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!