Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 383,1 milyon manat kredit verilib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,4 % artaraq 378,8 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 40,6 % artaraq 450 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 25 % azalaraq 65,7 milyon manata düşüb.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!