Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 2 milyard 177,6 milyon ABŞ dolları dəyərində 2 milyon 364,6 min ton yük daşınıb.
"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023- ilin eyni dövrünə nisbətən müvafiq olaraq 45,6 % və 12,9 % çoxdur.
Hesabat dövründə dəniz nəqliyyatı ilə 84,9 milyon ABŞ dolları (55,3 % az) dəyərində 74,1 min ton (illik müqayisədə 5,7 % çox) həcmində yük ixrac olunub. İdxal olunan yüklərin həcmi isə 2 milyon 290,4 min ton (13 % çox), dəyəri 2 milyard 92,6 milyon ABŞ dolları (56 % çox) təşkil edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir