Külli miqdarda aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilib.
Bu barədə “İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Şirvan Gömrük Postunun əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakininə məxsus minik avtomobilindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 260 000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.