Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda real iqtisadi artımın 2024-cü ildə 3,8 %, 2025-ci ildə isə 2,7 % təşkil edəcəyini proqnozlaşdırıb.
"İki sahil" bu barədə Banka istinadən xəbər verir. Qeyd edilib ki, proqnoza təsir edəcək amillər neft və qaz qiymətlərinin dəyişməsi, həmçinin regionda geosiyasi qeyri-sabitliyin hökm sürməsi ola bilər.
AYİB həmçinin, bu il üzrə orta illik inflyasiyanın 3,5 %-ə qədər azalacağını proqnozlaşdırıb. Bankın digər proqnozuna görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-də çəkisi 2024-cü il üzrə 8,5 % təşkil edəcək.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!