İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC-nin məhsul istehsalı və ixracında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü ilin 9 ayında zavodda 83 milyon manata yaxın məhsul istehsal edilmişdisə, bu ilin 9 ayında 27 faizdən çox, yəni 105,5 milyon manatlıq məhsul istehsal olunub.
İZİA-dan “İki sahil”a bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 9 ayında ixrac təqribən 26 faiz artıb. Zavodda istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi adı altında dünyanın 40-dan çox ölkəsinə ixrac edilib. İnvestisiya dəyəri 15 milyon dollar olan müəssisədə hazırda 178 nəfərlik daimi iş yeri yaradılıb.
Qeyd edək ki, “ALCO” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində sürtkü yağları və mayelərin, kimyəvi qatqıların istehsalı ilə məşğul olur.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!