Azərbaycanda xarici və yerli investorlar üçün etibarlı və müasir infrastruktur yaradılıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusunda keçirilən tədbir çərçivəsində bildirib.
"Ölkəmizdə sənaye zonaları, azad iqtisadi zonalar və sənaye parkları fəaliyyət göstərir. Qeyd etmək istərdim ki, Qarabağ regionu və azad olunmuş ərazilər 10 illik vergi və gömrük güzəştləri kimi əlavə üstünlüklər təqdim edir ki, bu da, şübhəsiz, şirkətlər üçün maraqlıdır.
Biz xarici və yerli investorlar, həmçinin, qeyri-neft sektoruna aid ixracatçılar üçün "vahid pəncərə" prinsipi əsasında işləyirik", — deyə o vurğulayıb.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!