Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Lənkəran və Lerik rayonlarında Aqrar Biznes Festivalları keçirilib.
“İki sahil” nazirliyə istinadla xəbər verir ki, kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsulların sərgiləndiyi festivallara Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad, Yardımlı rayonlarından fermerlər qatılıblar.
Lənkəran regional “ASAN xidmət” mərkəzi və Lerik rayon icra hakimiyyəti binasının qarşısında təşkil edilən festivallarda dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar, onlardan istifadə qaydaları barədə məlumat veriblər.
Tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası təşkil olunub. Kredit yarmarkalarında bank və bank olmayan kredit təşkilatları kredit məhsulları təklif edilib. Aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı fermerlərə ətraflı məlumatlar təqdim olunub.
Lənkəran və Lerik rayonlarında keçirilən tədbirlərdə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər fermerlərə xidmət və məhsullar barədə geniş məlumat velib.
Sərgi və nümayiş bölməsi ilə yanaşı festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib.
Festivalar çərçivəsində fermerlər üçün “Su həyatdır” layihəsinin təqdimatı olub.
Bu il 29 Aqrar Biznes Festivalı keçirilib.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!