Noyabrın 28-də xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.
“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə ümumilikdə 15 ölkədən 17 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib.
Qonaqlar "Azərkosmos"un ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar. Onlara agentliyin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə brifinq təqdim olunub.
Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib