Türkiyə parlamentində Azərbaycan Milli Məclisinin 106-cı ildönümü ilə bağlı tədbirlərin təşkili müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O qeyd edib ki, parlamentdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu qəbul edib.
“Dost və qardaş Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov ilə görüşdük. Azərbaycan Milli Məclisinin yaradılmasının 106-cı ildönümü ilə bağlı görülən işləri müzakirə etdik”, - o yazıb.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb
Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib