29 noyabr 2024 00:15
102

Elm və Təhsil Nazirliyi ilə ÜST arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

“Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüşdük. Görüşdə qonağın təmsil etdiyi qurumla ikitərəfli əməkdaşlıq və gələcək perspektivlər müzakirə edildi”, - nazir qeyd edib.