İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Qars Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.
"İki sahil" agentliyə istinadən xəbər verir ki, görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın biznes və investisiya imkanları, xüsusi iqtisadi zonalar, işğaldan azad edilmiş ərazilər, eləcə də xarici investorlar üçün yaradılmış geniş imkanlar barədə məlumat təqdim edilib.
Tərəflər gələn ilin I rübündə Türkiyəyə planlaşdırılan işgüzar səfər çərçivəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıb.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!