Milli Məclis Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihə səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, memorandum bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb
Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib