Azərbaycanın neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının cəmi 0,7 %-ni təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputatın sözlərinə görə, buna baxmayaraq, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. O xatırladıb ki, 1993-cü ildə dövlət büdcəsinə gəlirlərin 96 %-i neft-qaz satışından əldə olunurdu:
"Lakin müstəqillik dövründə neft sənayesinin modernləşdirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilmiş səylər nəticəsində hazırda büdcədə neft gəlirlərinin payı 48 %-ə enib. Bu azalma tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir".
A. Mirzəzadə əlavə edib ki, neft sazişləri Azərbaycanın investisiya gəlirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb
Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib