29 noyabr 2024 18:09
114

Efiopiya nümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyəti ilə tanış olub

Noyabrın 29-da Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində görüş keçirilib.

“İki sahil” xəbər verir ki, İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, İZİA-nın təqdimatı nümayiş etdirilib.

Görüşdə sənaye zonaları sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsi, bu istiqamətdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, iki ölkənin sahibkarları arasında birgə biznes layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.