Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə məxsus olub.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın noyabr buraxılışında bildirilir.
Sənədə əsasən, İdarə 10 ay ərzində 344,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 10,8 % çoxdur.
Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (218,8 milyon ABŞ dolları, 13,65 % az), "AzerGold" QSC (139,3 milyon ABŞ dolları, 61,8 % çox), "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Azəralüminium" MMC (118,6 milyon ABŞ dolları, 7,9 % çox), "Azərenerji" ASC (92,7 milyon ABŞ dolları, 73,3 % az), ASK-ya məxsus "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (46,7 milyon ABŞ dolları, 2,6 dəfə çox), "Azərbaycan Hava Yolları" QSC (13,4 milyon ABŞ dolları, 22,1 % az), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (867 min ABŞ dolları, 9,3 % çox), ASK-ya məxsus "Azəripək" MMC (588 min ABŞ dolları, 65,4 % az) və Suraxanı Maşınqayırma Zavodu" MMC (505 min ABŞ dolları, ötən ilin eyni dövründə ixracı olmayıb) qərarlaşıb.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!