29 noyabr 2024 23:34
94

Çin və Rusiya Arktikada enerji sahəsində əməkdaşlığı gücləndirir

Çin və Rusiya, hər iki ölkə və Qərb arasında pisləşən şərtlər fonunda Arktika gəmiçilik marşrutlarının inkişaf etdirilməsi sahəsində daha dərindən əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Çin mediası xəbər verir ki, iki ölkə Skandinaviya yaxınlığında Barents dənizindən 5600 km məsafədə yerləşən Şimal Dəniz Marşrutunu birgə inkişaf etdirəcək.

“Gcaptain” xəbər verir ki, keçən ay Çinin iki ağırqaldıran gəmisi ikinci qatarı işə salmaq üçün əsas olan Rusiya Arktik LNG 2 layihəsinin baş tutacağı sahillərə gəldi. Orada irimiqyaslı enerji istehsal modulları da son iki il ərzində Çinin “Wilson New Energies” mühəndislik, satınalma və tikinti şirkəti tərəfindən tikilmişdi.

Bununla belə, Rusiyanın “Novatek” şirkəti Arktik LNG 2 layihəsində fəaliyyətini bu qış bərpa etməyi planlaşdırmadığından yaxın gələcəkdə enerji infrastrukturunun fəaliyyətsiz qalması ehtimalı yüksəkdir. Bu, ölkənin qaz ambisiyaları üçün ciddi geriləmə deməkdir. Arktikada Gidan yarımadasında yerləşən LNG layihəsi Rusiyanın qlobal LNG bazar payını 2030-2035-ci illərdə 8%-dən 20%-ə yüksəltmək səyləri üçün əsas hesab olunur.

 Xatırladaq ki, Bayden administrasiyası 2023-cü ildə layihəyə qarşı yeni sanksiyalar tətbiq etdikdən sonra digər xarici səhmdarlar Arktik LNG 2 layihəsində iştirakını dayandırıb.

Nubar Süleymanova, “İki sahil”