Suriyanın hökumət qüvvələri qoşunların Hələbdən müvəqqəti çıxarıldığını elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hərbçilər bildiriblər ki, geri çəkilmə əks-hücuma başlamaq üçün əlavə qüvvələr gəlməmişdən əvvəl yenidən qruplaşmaq səylərinin bir hissəsidir.
Onlar həmçinin əlavə edib ki, son bir neçə gündə Hələb və İdlibdə üsyançılarla şiddətli döyüşlər zamanı onlarla əsgər ölüb və ya yaralanıb.