25-30 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı yarışda Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə təmsil edən idmançımız Vladimir Litvintsev iştirak edib.
Qış İdman Növləri Federasiyasından “İki sahil”ə verilən məlumata görə, Vladimir Litvintsev qısa və sərbəst proqram üzrə çıxışına görə 12 idmançı arasında 225.41 xal taplayaraq yekun nəticədə 1-ci yeri tutub və qızıl medala layiq görülüb.
Bununla yanaşı, yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova təmsil edib.
Nəticədə 52 idmançı arasında Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB