Dekabrın 1-də Şəkidə IV Beynəlxalq Teatr Festivalı başlayır.
“İki sahil” xəbər verir ki, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.
Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər.
Günün ikinci yarısında, axşam saatlarında Şəki Dövlət Dram Teatrında festivalın rəsmi açılış mərasimi olacaq.
Rəsmi hissədən sonra tamaşaçılara Şəki Dövlət Dram Teatrının kollektivinin görkəmli ingilis dramaturqu Uilyam Şekspirin “Heç nədən hay-küy” romantik komediyası əsasında hazırladığı tamaşa təqdim ediləcək.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib