Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
Dövlət Komitəsinin sədri Rusiya Müsəmanları Ruhani İdarəsinin nümayəndəsi ilə görüşüb