Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə "İki sahil"ə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi və yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.