Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalar göstərir ki, Azərbaycanın Ümumi Daxili Məhsulda (ÜDM) kreativ sənayenin payı getdikcə artmaqdadır.
“İki sahil” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusuna həsr olunan regional seminarda deyib.
Onun sözlərinə görə, son illərdə ölkənin ÜDM-də kreativ sənayenin payı 2018-ci ildə 5,1%-dən 2024-cü ilin yanvarın 1-nə olan vəziyyətə görə 5,2%-ə çatıb.
"Son illərdə ÜDM-də kreativ sənayenin payı 2%-dən çox artaraq hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. Kreativ iqtisadiyyat bu gün müasir rəqəmli iqtisadiyyata müvafiq cavab və davamıdır".
Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə keçirilən “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusuna həsr olunan regional seminar keçirilir. Seminarda beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.