Dekabrın 5-də Qərbi Azərbaycana qayıdışla əlaqədar ikinci beynəlxalq konqres keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.
Onun sözlərinə görə, tədbirə ABŞ, Almaniya, Rusiya və digər ölkələr olmaqla ümumilikdə 50-dən artıq ölkədən 100-dən çox professor, müəllim, akademik və ictimai siyasi xadim dəvət edilib: "Bu cür tədbirlər Qərbi Azərbaycana qayıdış məsələsi ilə bağlı atılan önəmli addımlardır".