02 dekabr 2024 13:22
70

Qvineya-bisaulu tələbələr üçün Azərbaycanda təhsil imkanı yaradılır

Gələn ildən etibarən Azərbaycanda qvineya-bisaulu tələbələrin təhsil alması üçün proqrama başlanılacaq.

“İki sahil” xəbər verir ki, bunu Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

“İkitərəfli əməkdaşlığa başlamaq ən vacib məsələdir. Nümayəndə heyətimizdə Azərbaycanda təhsil almış şəxslər var və onların fəaliyyəti bizə rəsmi Bakı ilə təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirməli olduğumuzu göstərir”, - nazir qeyd edib.