“İki sahil” xəbər verir ki, bu barədə SOCAR rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda qeyd olunur ki, atılan addımlar nəticəsində gündəlik neft hasilatında 200 ton səmərə əldə edilib. Məqsəd növbəti 3 ildə çıxarılan həcmlərin 50 faizini suvurma ilə əvəzləmək, hasilat və təzyiqin təbii azalmasının qarşısını alaraq ümumi artıma nail olmaqdır. “Günəşli” yatağında həyata keçirilən bu layihə digər lokal və regional yataqlar üçün də önəmli fundament təşkil edəcək.