Azərbaycan Türkiyənin İstanbul şəhərində keçirilmiş 10-cu Dünya Halal Sammiti, eləcə də bu sammit çərçivəsində təşkil olunmuş “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət və “Halal Expo” sərgilərində təmsil olunub.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanı nazirin I müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sammitdə ölkəmizin İslam Konfransı Təşkilatının missiya və prinsiplərinə göstərdiyi hörmət, eyni zamanda zəngin tarixi və mədəni dəyərləri ilə Azərbaycanın İslam həmrəyliyi irsinə verdiyi töhfələr diqqətə çatdırılıb. Təşkilata üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin və biznesin inkişafı üçün prioritet istiqamətlər qeyd olunub.
Bundan başqa, halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyi qeyd edilib, bu sektorun gələcək inkişafında etik standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğu vurğulanıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azalda biləcək təşəbbüslərin və alətlərin dəstəklənmısinin vacibliyi qeyd olunub.
E.Əliyev Türkiyənin ticarət naziri Ömər Bolatla “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət, “Halal Expo” sərgiləri və Azərbaycan stendləri ilə tanış olublar.
Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib
4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub
Yelo Invest ilə yerli şirkətlərin səhmlərinə yatırımetmək indi daha əlçatandır!