03 dekabr 2024 13:41
150

“Jaguar” markanın yeni tarixində ilk modelini nümayiş etdirib - FOTO

Avtomobil həvəskarları tərəfindən mübahisəli şəkildə qarşılanan qlobal rebrendinq həyata keçirən “Jaguar” markasının təmsilçiləri onu tamamilə elektrikli avtomobillərə keçən Britaniya brendinin dizayn fəlsəfəsinin nümunəsi adlandırırlar.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Mayami İncəsənət Həftəsi çərçivəsində “Jaguar Type 00” modelinin təqdimatı baş tutub. Konsept iki rəngdədir: Mayami Pink Art Deco üslubunu əks etdirir, London Blue isə Britaniya irsinə istinad edir. Konseptdə arxa pəncərə yoxdur, uzun kapot, panoramik şüşəli hamar dam xətti, böyük arxa asqılı fastback profili və 23 düymlük təkər diskləri var.

Minimalist interyerdə fiziki düymələr yoxdur və oval formalı sükan var. Daxili dekorasiyada bu materialdan əlavə bahalı parça və travertin daşı istifadə olunur.