04 dekabr 2024 09:39
102

Türkiyədən Azərbaycana avtomobil ixracında azalma qeydə alınıb

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azalaraq, 83 milyon 640 min 51 dollara bərabər olub.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Azərbaycana 8 milyon 372 min 66 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 9,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 33 milyard 731 milyon 566 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 3 milyard 241 milyon 318 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobil ixrac edib.