05 dekabr 2024 11:07
257

Riffat İnam Butt: Qərbi Azərbaycanlıların öz torpaqlarından didərgin salınması insan hüquqlarının pozulmasıdır

Qərbi Azərbaycanlıların öz torpaqlarından didərgin salınması insan hüquqlarının pozulmasıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt deyib.

O qeyd edib ki, beynəlxalq hüquq real dəyişiklik gətirən vasitə olmalıdır.

“Söhbət yalnız torpaq itirmək deyil. Bununla mədəni, etnik kimliklərdə yox edilməyə çalışılır. Hər bir şəxs öz ölkəsini tərk edib yenidən qayıtmaq hüququna malikdir.

Bu məsələlərlə bağlı beynəlxalq komissiya yaradılmalıdır. Həqiqət komissiyasının yaradılması isə insanların kollektiv yaddaşının saxlanılması üçün mühim rol oynaya bilər. Beynəlxalq təşkilatlar bu prosessi qərəzsiz təşkil edə bilərlər”,- deyə o bildirib.