05 dekabr 2024 16:40
183

Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib

Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib.

“İki sahil” xəbər verir ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə "Qadınların sosial həyatda fəal iştirakının təmin edilməsi: çağırışlar və perspektivlər", “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov "Azərbaycanda sosial əhəmiyyətli məsələlərin həllində inklüzivliyin və QHT-lərin rolunun təmin edilməsi", Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Azərbaycanda insan hüquqları, qanunvericilik təşəbbüsləri və gender problemlərində QHT-lərin rolu", "İcmaların İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin və insan hüquqlarının qorunmasında ictimaiyyətin iştirakı və QHT-lərin rolu", "Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov "Xaricdə türk dövlətlərin diaspor təşkilatlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili və prosesdə QHT-lərin rolu" mövzularında təqdimatlar ediblər.

Təqdimatlardan sonra ətraflı müzakirələr aparılıb, Özbəkistan QHT-lərinin sualları cavablandırılıb, təcrübə mübadilələri edilib.

Qeyd edək ki, Forumda iki ölkənin bir sıra QHT-ləri arasında əməkdaşlıq memorandumları imzalanıb.