Paytaxtın Nizami rayonundakı 59 nömrəli körpələr evi-uşaq bağçasında məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin kurasiya üzrə görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, görüşdə müdir müavini Xəyalə Əhmədzadə təhsil müəssisələrində idarəetmənin səmərəliliyinin artırılması, fəaliyyətin müasir tələblərə uyğun tənzimlənməsi, valideynlərlə əməkdaşlığın gücləndirilməsi, təlimin keyfiyyətinin artırılması, qarşıya çıxan məsələlərlə bağlı daha çevik və peşəkar qərarların verilməsi barədə danışıb, müvafiq tövsiyələr verib.
Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasının fərqli formalarının tətbiqi, bu istiqamətdə səylərin artırılması ilə bağlı fikirlərini bildirib.
Sonra məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.