Londonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycanın xalq artisti Miri Yusifin konserti keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə 400-dən çox qonaq iştirak edib.
Miri Yusif gecədə “Ağ Təyyarə”, “Tərk-i Həyat”, “Səndən bir dənədir”, “Sənə Qurban” və digər sevilən mahnılarını ifa edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Onun ifası böyük alqışlarla qarşılanıb. Konsertdə Miri Yusifi DJ China müşayiət edib.
Tədbirin sonunda Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan xalqının gücü onun birliyində və həmrəyliyindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında hər il daha da güclənən Azərbaycanın uğurları dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilib.
Səfir tədbirdə iştirak edən hər kəsi bayrağımızın daim zirvələrdə dalğalanması üçün həmrəylik nümayiş etdirməyə çağırıb.
Tədbir həm Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətini qeyd etmək, həm də Azərbaycan mədəniyyətini Londonda təbliğ etmək baxımından böyük uğurla yadda qalıb.
Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb
Pakistanın federal nazirinə Azərbaycanın “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verilib