07 dekabr 2024 11:22
217

“Xaçmaz” ES-də 5 milyard kilovat-saatdan çox elektri

“Xaçmaz” Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu günədək ümumilikdə 5,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, modul tipli “Xaçmaz” Elektrik Stansiyası 2006-cı il dekabrın 7-də istismara verilib.

Hər birinin gücü 8,7 meqavat olan 10 ədəd qaz porşenli aqreqatdan ibarət stansiyanın ümumi qoyuluş gücü 87 meqavat təşkil edir.