ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Fransaya səfər edib.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, Trampın Fransaya səfər etməsinin səbəbi sabah Notr-Dam kilsəsinin açılış mərasimidir.
Qeyd edək ki, açılışa ABŞ-nin hazırkı Prezidenti Co Bayden dəvət olunsa da, o, bu mərasimdə iştirak etməyəcək. Baydenin əvəzinə ölkəsini həyat yoldaşı Cil Bayden təmsil edəcək.