Dekabrın 7-də Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov Pakistan Milli Assambleyasının üzvü Sərdar Əmmar Əhməd Xan Leqhari ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan dövlətləri və xalqları arasında münasibətlərin tarixi, rəsmi İslamabadın həm torpaqlarımızın Ermənistan işğalı altında olduğu dövrdə, həm də 44 günlük Vətən müharibəsində ölkəmizə verdiyi siyasi dəstək, diplomatik əlaqələrimizin keçdiyi inkişaf yolu, parlamentlərarası münasibətlərimizin dərinləşdirilməsi perspektivləri barədə müzakirələr aparılıb.
Söhbət zamanı pakistanlı qonaq bütün çətinliklərə və maneələrə baxmayaraq, Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri yüksək səviyyədə keçirməsinə və əldə olunan uğurlu nəticələrə görə təbriklərini çatdırıb. O deyib ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı tikinti-quruculuq işləri yüksək qiymətləndirilir. Tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti, parlamentlərarası dostluq qruplarının fəaliyyəti və digər mövzular barədə də fikir mübadiləsi aparıblar.
Görüşdə Milli Məclisin deputatı Elşən Musayev Azərbaycan-Pakistan əlaqələrinə dair fikirlərini bölüşüb.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib