Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında memorandum imzalanıb.
“İki sahil” xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə bildirib.
Məlumata görə, sənəd tərəflərin birgə inkişaf layihələri və humanitar yardım üzrə əməkdaşlığını nəzərdə tutur.
"Bu tərəfdaşlıq bir neçə sahə üzrə əməkdaşlığı genişləndirmək və İƏT-ə üzv dövlətlərin xeyrinə nəzərəçarpacaq nəticələr əldə etmək məqsədi daşıyır", - paylaşımda vurğulanıb.
Yanvar-aprel aylarında paytaxtda 16.6 milyard manatlıq məhsul istehsal edilib və xidmət göstərilib
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib