ABŞ Mark Libbi səfiri Gəncəyə səfər edib, Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Səfir Libby Gəncəyə səfəri zamanı Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar bu regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib. O, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq.
Azərbaycan-Avstriya Turizm Proqramı üzrə AATP 2026 bakalavr qrupu formalaşdırılıb
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib