44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilən Mehriban Vəliyeva dekabr ayı üçün ilk vətəndaş qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, çətinlikləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürüləcəyi və həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləcəyi seçicilərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, deputatın növbəti vətəndaş qəbulu dekabrın 25-i YAP Sumqayıt şəhər təşkilatınının inzibati binasında keçiriləcək.
Azərbaycan-Avstriya Turizm Proqramı üzrə AATP 2026 bakalavr qrupu formalaşdırılıb
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib