10 dekabr 2024 16:43
228

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində seminarlar keçirilib - FOTO

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Cəlilabad, Biləsuvar və Sabirabad rayonlarında seminarlar keçirilib.

“İki sahil” xəbər verir ki, hüquqşünas Abil Bayramov tərəfindən keçirilən seminarlarda orta, orta ixtisas və ali təhsil müəssisələrinin müəllimləri iştirak edib.

Seminarların məqsədi müəllimlərin cəmiyyətdə nümunəvi rol oynadığını nəzərə alaraq, gender bərabərliyi və gender əsaslı zorakılıq, eləcə də məişət zorakılığı və onunla mübarizə sahəsində məlumatlılığın, həmçinin bu məsələlərə qarşı həssaslığının artırılmasıdır.

Seminarlarda, həmçinin Cəlilabad, Biləsuvar, Sabirabad İcra Hakimiyyətinin nümayəndələri və Qadın Resurs Mərkəzlərinin koordinatorları da iştirak edib.