Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 181,6 milyon ABŞ dolları təşkil edib.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 dəfə azdır.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 952,9 milyon ABŞ dolları profisit (1 il əvvələ nisbətən 40,8 % az), maliyyə hesabındakı 3 milyard 570,5 milyon ABŞ dolları kəsir (1 il bundan əvvəl profisit olub) və balanslaşdırıcı maddələr üzrə 200,8 milyon ABŞ dolları kəsir (1 il bundan əvvəl profisit olub) hesabına formalaşıb.
Yanvar-aprel aylarında paytaxtda 16.6 milyard manatlıq məhsul istehsal edilib və xidmət göstərilib
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib