Dekabrın 11-də 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə görüşüb. Deputat vətəndaşların müraciətlərini dinləyərək, onların qarşılaşdıqları məsələlərə maraqlanıb.
“İki sahil” xəbər verir ki, görüşdə vətəndaşların qarşılaşdıqları çətinliklər xüsusi diqqətə alındı və həmin məsələlərin həlli məqsədilə müraciətlər aidiyyəti qurumlara yönləndirildi. Vətən müharibəsi qazilərinin müraciətləri ayrıca nəzarətə götürülərək, problemlərin həlli üçün müvafiq addımlar atılmağa başlanıldı. Dövlətin bu şəxslərə göstərdiyi diqqət və qayğıya görə qazilər və şəhid ailələri minnətdarlıqlarını bildirdilər.
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
Azərbaycan XİN Meksika və Papua Yeni Qvineyanı milli günləri münasibətilə təbrik edib
Lökbatan qəsəbəsində şəhid Quliyev Fərid Vahid oğlunun ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO