12 dekabr 2024 08:55
193

Venesuela prezidenti tərəfdarlarını küçələrə çıxmağa çağırıb

Venesuela prezidenti Nikolas Maduro 2025-ci il yanvarın 10-da keçiriləcək mərasimdə and içəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, dövlət televiziyası VTV-də gündəmlə bağlı qiymətləndirmələr aparan Maduro bütün tərəfdarlarını yanvarın 10-da andiçmə mərasimi üçün küçələrə çıxmağa dəvət edib.

Venesuelanın yeni ildən başlayaraq böyük bir transformasiya və dəyişmə prosesinə girəcəyini bildirən Maduro, "Hamınızı Venesuela, müstəqillik, Bolivar vətəni üçün birləşməyə və bir yumruqda birləşməyə çağırıram", deyib.

Oliqarxiyanın və imperializmin kuklası olmayacaqlarını vurğulayan dövlət başçısı, "Hər cür intriqalara, hər cür sui-qəsdlərə və faşizmin hər cür hiylələrinə hazır olmalıyıq. Onları məğlub edəcəyik", - deyə əlavə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”