12 dekabr 2024 11:31
193

Mərkəzi Bankbu şirkətin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin lisenziyasını ləğv edib.

"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv edilib.

Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.