12 dekabr 2024 19:47
266

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Atatürkün xatirəsini ehtiramla yad edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dekabrın 12-də Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri dahi dövlət xadiminin xatirəsini ehtiramla yad ediblər.

Elçin Quliyev məqbərənin fəxri qonaqlar kitabında ürək sözlərini yazıb, “Anıtkabir” muzeyini ziyarət edib.